Ru
Bakı
USD
EUR
GBP
RUB

Uşaq–gənclər inkişaf mərkəzlərinin hesabatları dinlənilib

news photo

03.07.2018 12:39 // Gənclər üçün

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki uşaq-gənclər inkişaf mərkəzlərində hesabat tədbirləri keçirilib.

Təhsil İdarəsindən Youthportal.az-a bildiriblər ki, qurumun tabeliyindəki 4, 5, 6, 7 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərində təşkil olunan hesabat tədbirlərində BŞTİ müdirinin müavini Nərgiz Səfərova, idarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

Üç gün davam edən hesabat tədbirlərinin keçirilməsinin əsas məqsədi 2017-2018-ci tədris ilində görülən işləri ümumiləşdirərək nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək və keyfiyyətli dəyişikliklərə nail olmaq üçün uşaq-gənclər inkişaf mərkəzlərinin pedaqoji kollektivinin imkanlarını səfərbər etmək istedadlı şagirdləri aşkara çıxarmaqdır.

Hesabat tədbirlərində çıxış edən N.Səfərova mərkəzlərdə işin təşkili, istedadlı şagirdlərin aşkara çıxarılması, məktəbdənkənar təhsil müəssisələrində tədris prosesinin təkmilləşdirilməsi, şagirdlərin yaş xüsusiyyətləri, maraq dairəsi, meyil və bacarıqları nəzərə alınmaqla dərnəklərə cəlb edilməsi və maddi–texniki təchizat məsələləri barədə danışıb. Qeyd olunan məsələlərlə bağlı tövsiyələrini verib.

Tədbirlərdə çıxış edənlər Uşaq-Gənclər İnkişaf mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıb, qarşıdakı tədris ilinin daha səmərəli təşkili ilə bağlı müvafiq məsləhətlər veriblər.

Tədbirlərdə, həmçinin inkişaf mərkəzlərinin 2017-2018-ci tədris ilində gördüyü işlərdən bəhs edən videoçarxlar nümayiş olunub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi