Ru
Bakı
USD
EUR
GBP
RUB

“Uşaq Kitab Karvanı” oxucularla görüşə gəlir (FOTO)

news photo

17.10.2019 15:10 // Cəmiyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində cari ilin oktyabr ayının 22-də Zərdab, 23-də Ucar, 24-də Göyçay, 25-də Ağdaş, 26-da  Yevlax, 27-də Mingəçevir, 28-də Bərdə, 29-da Tərtər şəhər və rayonlarına səfər ediləcək.

Youthportal.az xəbər verir ki, səfər zamanı səyyar kitab sərgilərinin təşkili ilə yanaşı, uşaq yazıçıları Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanovanın oxucularla görüşləri keçiriləcək.

2011-ci ildən etibarən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi üzrə rayonlara (şəhərlərə) səfərlərin təşkilində başlıca məqsəd bölgələrdəki kitabxanaların uşaq şöbələri və filiallarında oxucuların sorğularını təmin etməklə kitaba olan ehtiyacın mümkün dərəcə ödənilməsidir. Bu günə qədər layihə üzrə respublikamızın 33 rayonuna (şəhərinə) kitab karvanı yola düşmüş və regionlarda fəaliyyət göstərən kitabxanaların müvafiq bölmələrinə ümumilikdə 25 000-dən çox nüsxə uşaq ədəbiyyatı hədiyyə edilmişdir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi