Ru
Bakı
USD
EUR
GBP
RUB

“Unudulmaz Bakı” adlı konsert proqramında paytaxtımıza həsr olunan mahnılar səslənəcək

news photo

21.05.2019 17:09 // Cəmiyyət

Mayın 22-də Şövkət Məmmədova adına Opera Studiyasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin “Unudulmaz Bakı” adlı konserti keçiriləcək.

Baş İdarədən Youthportal.az-a bildirilib ki, konsert qədim və zəngin mədəni tarixə malik, müasir, son dərəcə ecazkar və füsunkar paytaxtımıza həsr olunub.

Konsertdə musiqi məktəbinin vokal sinfinin Beynəlxalq və Respublika müsabiqələri laureatı adına layiq görülmüş şagirdləri, məktəbin xor kollektivi, xalq çalğı alətləri ansamblı və “Fantaziya” skripkaçılar ansamblının ifalarında Bakımızı tərənnüm edən bəstəkar F.Əmirovun, R.Hacıyevin, T.Quliyevin, C.Cahangirovun, O.Zülfüqarovun, V.Adıgözəlovun, O.Rəcəbovun, O.Kazıminin, V.Mustafazadənin, X.Mirzəzadənin, P.Bülbüloğlunun və B.Nəsibovun əsərləri səslənəcək.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi