Ru
Bakı
USD
EUR
GBP
RUB

“Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti Qədir Rüstəmovun xatirəsi anılacaq

news photo

05.12.2019 19:41 // Cəmiyyət

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad ediləcək.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, tədbir BMM-nin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Xanəndənin ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

BMM-nin “Unudulmayanlar” layihəsi ənənəsinə uyğun olaraq bu dəfə də xatirələrdə yaşayan xanəndənin ömür və yaradıcılıq yoluna nəzər salacaq.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olunmasıdır.

Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi