Ru
Bakı
USD
EUR
GBP
RUB

Universitetlər magistraturaya qəbulun birmərhələli olmasına razıdırlar - Məleykə Abbaszadə

news photo

05.12.2019 13:29 // Təhsil

Ali təhsilin magistratura səviyyəsi üzrə qəbulun bəzi ixtisaslar üzrə birmərhələli olması ilə bağlı təkliflər Təhsil Nazirliyi və universitetlərlə müzakirə edilib.

Youthportal.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, universitetlər magistraturaya qəbulun birinci mərhələsinin nəticələri əsasında magistr qəbul etməyə razı olduqlarını bildiriblər.

M.Abbaszadə əlavə edib ki, lakin müəyyən ixtisaslar üzrə qəbulda ikinci mərhələ saxlanılacaq: "Bu yazı işi tələb olunan ixtisaslara bağlıdır. Daha dəqiq texniki məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkün olacaq".

DİM rəsmisi bildirib ki, gözlənilən bütün dəyişikliklər magistr olmaq istəyən gənclərin xeyrinədir: "Çünki imtahanlar asanlaşır. Ona görə də onlar üçün heç bir gözlənilməz sürpriz olmayacaq. Əgər yəni qaydalar təsdiq olunarsa, dəyişiklik 2020-ci ildən tətbiq olunacaq. Çünki magistraturaya sənəd qəbulu fevral və mart ayından başlanılır".

M.Abbaszadə deyib ki, bəzi ixtisaslar üzrə qəbul birmərhələli olduqdan sonra imtahan üçün nəzərdə tutulan ödənişin məbləği yenidən müəyyən ediləcək və bununla bağlı təkliflər müvafiq qurumlara təqdim ediləcək: "Yalnız onların qərarı əsasında rüsumda hansısa dəyişiklik ola bilər. Hələlik bizim tərəfdən belə bir təklif verilməyib".

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi