Ru
Bakı
USD
EUR
GBP
RUB

UNESCO-nun təlim həftəsində süni intellektə dair müzakirələr aparılacaq

news photo

15.02.2019 16:13 // Təhsil

Martın 4-dən 8-dək Parisdə, UNESCO-nun qərargahında mobil təlim həftəsi keçiriləcək. Təlim həftəsi süni intellekt və onun dayanıqlı inkişafa töhfəsi mövzusuna həsr ediləcək.

Youthportal.az UNESCO-nun saytına istinadla xəbər verir ki, təlim həftəsində təhsildə süni intellektin hamı üçün əlçatan olması və ondan bərabərhüquqlu istifadə, təhsil və təlimin daha da yaxşılaşdırılması üçün süni intellektdən istifadə, süni intellekt dövründə iş və həyat vərdişlərinin inkişafına kömək, təhsil məlumatlarından istifadə zamanı şəffaflığın təmini məsələləri müzakirə ediləcək.

Martın 4-də UNESCO tərəfindən süni intellekt üzrə qlobal konfrans keçiriləcək. Konfrans süni intellekt və texnologiyalardan istifadə edilməsi ilə bağlı imkanlar və problemlər haqqında müzakirələr aparmaq və məlumatlılığı artırmaq məqsədilə təşkil olunacaq.

UNESCO-nun təlim həftəsində iştirak üçün bugünədək 1200 nəfər qeydiyyatdan keçib.

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi