Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-in Zaqatala filialında “Oriyentasiya günü” (FOTO)

news photo

16.09.2019 20:17 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında yeni qəbul olunan tələbələr üçün ilk dəfə “Oriyentasiya günü” keçirilib.

UNEC-dən Youthportal.az-a bildirilib ki, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradovun yeni qəbul olan tələbələrə ünvanlandığı təbriki səsləndirilib.

Sonra filialın direktoru, professor Orucəli Rzayev, Zaqatala Rayon İcra Hakimiyyətinin birinci müavini Tofiq Əhmədov, İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıblar .

Tədbirdə yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim edilib.

Filialın tədris binasında təşkil olunan “Oriyentasiya günü”ndə birinci kurslara dekanlıq, kafedra, gənc müəllimlər, tyutorlar, tələbə təşkilatları, kitabxana resursları barədə ətraflı məlumat verilib.

Tələbələr auditoriyalar, informasiya-kommunikasiya mərkəzi, karyera mərkəzi, idman zalı və akt zalı ilə tanış olublar.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi