Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

news photo

04.06.2019 17:55 // Təhsil

yunun 10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.

Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd  Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.

“Park Inn” otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında bütün ali təhsil müəssisələrində təhsil alan, o cümlədən əlilliyi olantələbə, magistr və məzunlar təklif olunan müxtəlif iş vakasiyası və təcrübə proqramlarına müraciət edə biləcəklər.

Əmək yarmarkasında iştirak etmək istəyənlər mezun@unec.edu.az ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi