Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar

news photo

18.03.2019 19:44 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: potensial imkanlar və perspektivlər” mövzusunda müzakirələr aparılıb.

UNEC-dən Youthportal.az-a bildirilib ki, tədbirdə universitetin doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra beynəlxalq iqtisadiyyat kafedrasının müdiri, dosent Altay İsmayılov tələbələrin elmi fəaliyyəti barədə məlumat verib. O, Empirik Tədqiqatlar Mərkəzi və beynəlxalq iqtisadiyyat kafedrası tərəfindən tələbələr üçün “Tədqiqat vaxtı” layihəsinin həyata keçirildiyini diqqətə çatdırıb.

Layihə haqqında məlumat verən Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev gənclərin tədqiqat potensialının yüksək olduğunu qeyd edərək qazanılan uğurları diqqətə çatdırıb. Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 3-cü kurs tələbələri Nigar Bəkirova, Mehin Əmiraslanova və Nərmin Eynizadənin həmmüəllifliyi ilə yazılmış “Bakı şəhərində mənzil qiymətlərinə təsir edən faktorlar: empirik analiz” məqaləsinin SCOPUS bazasında indeksləşən beynəlxalq nüfuzlu jurnalda dərc edilməsi diqqətə çatdırılıb.

Sonra beynəlxalq iqtisadiyyat kafedrasının 3-cü kurs tələbələrinin - Əsmər İsayevanın “Həyat məmnuniyyəti və emiqrasiyaya meyillilik arasında əlaqənin empirik təhlili”, Nigar Bəkirovanın “Təhsil səviyyəsi və maaş arasında əlaqənin empirik təhlili: Cinsi mənsubiyyətə görə diskriminasiya varmı?”, Cavid Seyfullalının, Nərmin Səidovanın, Tural Musayevin və Fərzalı Nuhiyevin həmmüəllifi olduqları “Azərbaycanda qadınların əmək bazarında iştirakında təhsilin və həyat yoldaşının gəlirinin rolu: empirik analiz” mövzularında tədqiqat işlərinin əsas nəticələri barədə məruzələri dinlənilib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi