Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-in “Tədqiqatçı” statusunun verilməsi qaydaları kollektivə təqdim olunub (FOTO)

news photo

16.10.2019 09:22 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə “UNEC professor-müəllim heyəti üzvlərinə “tədqiqatçı” statusunun verilməsi haqqında” Qaydalar təsdiqlənib.

UNEC-dən Youthportal.az-a bildirilib ki, professor-müəllim heyətini qaydalarla tanış etmək məqsədilə elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov və rektorun müşaviri, dosent Elşən Bağırzadə akademik heyətlə görüşlər keçirib. İlk görüş Biznes və menecment və Türk dünyası iqtisad fakültələrinin professor-müəllim heyəti ilə olub.

Professor Sakit Yaqubov qaydaların UNEC-də elmi tədqiqatların keyfiyyətinin artırılması və professor-müəllim heyətinin bu sahədə fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə təsdiq olunduğunu bildirib. O, qaydaların ümumi müddəaları barədə pedaqoji heyətə məlumat verib.

Sonra Elşən Bağırzadə professor-müəllim heyətini qaydalarla tanış edib. Bildirib ki, qaydalar əsas iş yeri UNEC olan müəllim, baş müəllim, dosent və professor vəzifələrini tutan əməkdaşlara şamil ediləcək. “Tədqiqatçı” statusunun verilməsi üzrə başlıca tələbləri ödəyən professor, dosent, baş müəllim və müəllimlərin akademik vəzifələrinin qarşısına “tədqiqatçı” sözü əlavə ediləcək və həmin şəxslərin əməkhaqları əlavə olaraq 50 faiz artırılacaq. Bununla da diferensial əməkhaqqı reytinqində müvafiq yerinə uyğun olaraq tədqiqatçı statusu alan müəllim 2070-3090, baş müəllim 2380-3520, dosent 2635-3850, professor isə 3720 - 5370 manata qədər əməkhaqqı ala biləcək. “Tədqiqatçı” statusuna görə verilən əlavə əməkhaqqı hər tədris ili üzrə sentyabrın 1-dən avqustun 31-dək aylıq əsasda ödəniləcək.

Elşən Bağırzadə “Tədqiqatçı” statusunun verilməsi üzrə başlıca tələbləri açıqlayıb. Bu statusu əldə etmək məqsədilə müraciətlərə baxılması qaydalarını, statusun ləğv edilməsi hallarını professor-müəllim heyətinə izah edib.

Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi