Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-in birinci kurs tələbələri ilə fakültələrdə görüşlərə start verilib

news photo

18.09.2019 12:44 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni qəbul olan tələbələrlə dekanların görüşlərinə start verilib.

UNEC-dən Youthportal.az-a bildirilib ki, Beynəlxalq İqtisad Məktəbinin (İSE) birinci kurs tələbələri ilə görüşdə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova, İSE-nin direktoru Aqil Əzizov və fakültənin tyutorları iştirak ediblər.

UNEC tələbəsi adını qazanmaları münasibətilə birinci kursları təbrik edən Səadət Qəndilova Beynəlxalq İqtisadiyyat Məktəbinin üstünlüklərindən söz açıb. O, İSE-nin ölkənin ingilis dilində iqtisadyönümlü ixtisaslar üzrə ən zəngin və rəqabətsiz fakültəsi olduğunu vurğulayıb. Fakültəyə yüksək bal toplayaraq qəbul olan 180 tələbədən 21 nəfərin Prezident təqaüdçüsü olduğunu bildirən prorektor bununla qürur duyduğunu ifadə edib.

Görüşdə Aqil Əzizov tələbələrə tədris prosesi, imtahan sessiyası, mübadilə və ikili diplom proqramları barədə ətraflı məlumat verib. Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini, dosent İnara Rzayeva isə kredit sistemi, kollokvium, məşğələ-mühazirələrin keçirilmə qaydalarını izah edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi