Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-də yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu davam edir

news photo

23.08.2019 16:33 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ili üzrə yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu davam edir.

UNEC-dən Youthportal.az-a bildirilib ki, qəbul maliyyə, mühasibat uçotu və audit, menecment, maliyyə işi (orta ixtisas təhsili bazasında), mühasibat uçotu (orta ixtisas təhsili bazasında) ixtisasları üzrə aparılır.

Oktyabrın 15-dək davam edəcək sənəd qəbulu elektron qaydada həyata keçirilir. Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər sənədləri elektron qaydada təqdim edir və yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar.

Yenidənhazırlanma təhsilinə müraciət üçün kabinet.unec.edu.az linkinə daxil olmaq lazımdır. Təhsil Azərbaycan dilindədir. Tədris müddəti 1 ildir.

Qeyd edək ki, UNEC-də yaradılan Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də əlavə təhsillə bağlıdır. Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrindən birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaş əlavə təhsil almaq hüququna malikdir. Əlavə təhsil vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və onun yeni peşələrə, ixtisaslara yiyələnməsinə, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə və təkmilləşdirilməsinə, ümumilikdə insan potensialının və insan kapitalının inkişafına xidmət edir.

Hazırda UNEC-də bu istiqamətlərdən ikisi – kadrların yenidən hazırlanması və təkrar ali təhsil istiqamətləri reallaşdırılır. Bu iki istiqamət üzrə təhsil alan şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi