Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-də yeni Tələbə-rektor seçilib (FOTO)

news photo

15.11.2019 15:00 // Təhsil

UNEC-də növbəti Tələbə-rektor seçkiləri keçirilib.

UNEC-in Tələbə rektoru Elmir Sadıqovun fəaliyyət müddəti başa çatdığı üçün qaydalara uyğun olaraq, yenidən seçkilər təşkil olunub.

Universitetdən Youthportal.az-a bildirilib ki, seçkidən öncə Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-də tətbiq olunan Tələbə rektor institutunun məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşməsidir. Prorektor tələbələri seçkilərdə obyektiv olmağa çağırıb.

Sonra fakültə namizədləri platformalarını açıqlayıblar. Çıxışlardan sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə görə, Maliyyə və mühasibat fakültəsinin 3-cü kurs tələbəsi Cavidan Adilzadə yeni Tələbə-rektor seçilib.

Seçkilər UNEC-in rəsmi Facebook səhifəsi ilə canlı yayımlanıb.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıya yağış yağacaq

Auditorlar Palatası imtahan keçirəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi