Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı

news photo

22.04.2019 14:04 // Təhsil

Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçiriləcək.

UNEC-dən Youthportal.az-a bildirilib ki, konfransın mövzusu “Azərbaycan. Lider. Tərəqqi”dir. Konfrans Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbiridir.

TEDxUNEC konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın Lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Liderin Azərbaycanı” mövzuları ilə çıxış edəcəklər.

TEDx konfransı may ayının 7-də UNEC-in əsas tədris binasının (İstiqlaliyyət küç., 6) böyük akt zalında saat 10:00-da təşkil olunacaq.

Konfransda iştirak haqqı 15 AZN-dir. Ödənişlər asanpay.az portalında “Təhsil ödənişləri” - “Azərbaycan Dövlət İqtisad Universiteti” bölməsini seçməklə online həyata keçirilir.

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi