Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-də təlim: Beynəlxalq xülasələmə və indeksləmə sistemləri (FOTO)

news photo

22.10.2019 13:13 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin Elmmetrika şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq xülasələmə və indeksləmə sistemləri (bazaları)” mövzusunda təlim keçirilib.

UNEC-dən Youthportal.az-a bildirilib ki, departamentin direktoru, professor Zahid Məmmədov tədqiqat universitetinə keçid istiqamətində aparılan islahatlardan danışıb. Təlimin bu istiqamətdə görülən işlərin tərkib hissəsi olduğunu qeyd edib.

Təlimdə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina jurnal, müəllif və məqalələrin elmmetrik göstəriciləri haqqında məlumat verib. “Web of Science” platformasına daxil olmaq üçün məqalələr qarşısında qoyulan tələbləri, elmi məqalələrin təqdimetmə qaydalarını, seçim meyarlarını, yırtıcı jurnallardan qorunmaq yollarını, elmi məhsuldarlıqla bağlı digər müəllif indentifaktorlarını açıqlayıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi