Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-də növbəti “Açıq qapı” günü

news photo

21.01.2020 12:29 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyası ilə bağlı ikinci “Açıq qapı” günü keçirilib.

UNEC-dən Youthportal.az-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Ədalət Muradov, İctimai Nəzarət Şurasının üzvləri - Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva iştirak ediblər. “Açıq qapı” günündə müxtəlif məsələlərlə bağlı şikayət və təkliflər dinlənilib. Daha çox müraciət qaib limitinin aşılmasına görə imtahana buraxılmama ilə bağlı olub. Rektor istisna hallar və üzrlü səbəblər nəzərə alınmaqla, həmin müraciətlərin araşdırılaraq müsbət həll edilməsinə dair müvafiq struktur bölmələri rəhbərlərinə göstəriş verib. 

Bundan əlavə, diplom müdafiəsi, mübadilə proqramı çərçivəsində təhsildən sonra yaranmış çətinliklərlə bağlı müraciətlərə də baxılıb. Bu istiqamətdə magistr və tələbələrə kömək göstəriləcəyi bildirilib.“Açıq qapı” günündə hazırda davam edən imtahan sessiyası, imtahan sualları və s. haqda şikayət olmayıb.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi