Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-də distant Çin dili kurslarına start verilir

news photo

10.09.2019 11:00 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC Ekstern Mərkəzi Çin dilini öyrənmək istəyənlər üçün distant dərslərə başlayır.

Dərslər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə təşkil olunacaq.

UNEC-dən Youthportal.az-a bildirilib ki, peşəkar müəllimlər tərəfindən keçiriləcək dərslər Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulub. Dərslər 1,5 saat olmaqla həftədə 3 dəfə keçiriləcək.

Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan elementar səviyyəni bitirənlər təxminən 2000 sözə, 800 heroqlifə, 30-a yaxın qrammatik xüsusiyyətə və Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq. Elementar səviyyəni müvəffəqiyyətlə bitirənlər Çin dilində sadə fikir mübadiləsi aparmaq bacarığına malik olacaq.

Sənəd qəbulu elektron qaydada http://www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə aparılır. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda proqramda iştirak etmək hüququnu qazanırlar.

Proqram sentyabrın 23-dən başlayaraq 3 ay müddətinə təşkil olunacaq. Təlimlər işdən ayrılmadan distant formada təşkil ediləcək və ödənişlidir (ayı 60 manat). Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təmin olunacaq.

İlk qrupa sənəd qəbulu sentyabrın 9-dan 16-dək aparılacaq. Digər qruplara sənəd qəbulu isə sentyabrın 16-dan oktyabrın 14-dək davam edəcək.

Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı əldə edirlər.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi