Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC-də dəyirmi masa: Müasir mərhələdə müəssisənin ixrac potensialının artırılması

news photo

08.11.2019 12:02 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin birgə təşkilatçılığı ilə “Müasir mərhələdə müəssisənin ixrac potensialının artırılması” mövzusunda dəyirmi masa keçirilib.

UNEC-dən Youthportal.az-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə təşkil olunub.

Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri, dosent Əli Hacıyev, kafedranın dosenti Sahib Məmmədov, ASC-nin iqtisadi xidmət strukturlarının rəhbər işçiləri və mütəxəssislərinin iştirak etdiyi tədbirdə ixrac potensialının formalaşması və inkişafını müəyyənləşdirən əsas amillərdən danışılıb. İxrac potensialından istifadənin daha səmərəli istiqamətinin müəyyən edilməsi, elmi-texniki tərəqqinin inkişafı və ekoloji siyasətin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Sonda müasir mərhələdə müəssisənin ixrac potensialının artırılması ilə əlaqədar əməli təkliflər irəli sürülüb.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi