Ru
Bakı
USD
EUR
GBP
RUB

“UNEC-də bir gün” layihəsi abituriyentlərə dəstək olmaqda davam edir (FOTO)

news photo

18.04.2019 14:38 // Təhsil

Abituriyentlərin sevimli layihəsi olan “UNEC-də bir gün” davam edir.

UNEC-dən Youthportal.az-a verilən məlumata görə, layihə çərçivəsində bu həftə Bakının 71, 229, 234, 271, 329 nömrəli məktəblərinin, Ataturk liseyinin, Kimya-biologiya təmayüllü respublika liseyinin və “Zəka” kurslarının şagirdləri UNEC-in bir günlük tələbələri olublar.

I, II və V ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. 600-dən yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərə 100 manat məbləğində universitetin xüsusi təqaüdünün verildiyi şagirdlərin diqqətinə çatdırılıb. UNEC-in beynəlxalq mübadilə və Avropanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları abituriyentlərin xüsusi marağına səbəb olub. Sonra bir günlük tələbələr istəklərinə uyğun olaraq, Azərbaycan və ingilis dilində dərsləri dinləyiblər. Dərslərdən müsbət təəssüratlarla ayrılan abituriyentlər UNEC-in tələbə-rektoru Elmir Sadıqovla görüşüblər. UNEC-dəki təhsil imkanlarından bəhs edən E.Sadıqov universitet seçimində UNEC-ə üstünlük vermə səbəblərini də açıqlayıb.

Bir günlük tələbələr UNEC Yaradıcılıq Mərkəzinin üzvləri ilə də tanış olublar, onların məşq prosesini izləyiblər. Abituriyentlərə mərkəzdə fəaliyyət göstərən dərnəklər barədə məlumat verilib, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün UNEC-də bütün şəraitin yaradıldığı bildirilib.

Layihə çərçivəsində bir günlük tələbələr üçün UNEC-də infotur təşkil olunub. Onlar 24/7 kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, Radio UNEC-lətanış olublar.

“UNEC-də bir gün” layihəsinin ixtisas seçiminə onlara böyük dəstək olduğunu bildirən abituriyentlər, dərs cədvəli ilə tanış olaraq, növbəti günlərdə də digər fənləri dinləmək üçün yenidən 1 günlük tələbə olacaqlarını qeyd ediblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi