Ru
Bakı
USD
EUR
GBP
RUB

“UNEC-100” İnkişaf Strategiyası qəbul olundu

news photo

26.12.2018 14:13 // Təhsil

2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 100 illik yubileyini qeyd edəcək.

UNEC-dən Youthportal.az-a bildirilib ki, bu ali məktəbin 2030-cu ilədək fəaliyyətinin əsas istiqamətlərini özündə ehtiva edən “UNEC-100” İnkişaf Strategiyası qəbul olunub.

Universitetin missiyası, gələcəyə baxışı və əsas dəyərlərinin yer aldığı strategiyada universitetin SWOT təhlili aparılıb və 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyənləşdirilib. Sənəddə müvafiq hədəf və məqsədlərin həyata keçirilməsi üçün konkret fəaliyyət istiqamətləri təsbit olunub.

“UNEC-100” İnkişaf Strategiyasına uyğun görülən tədbirlər nəticəsində UNEC-in 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən birinə çevrilməsi hədəflənib.

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi