Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir

news photo

07.08.2019 16:46 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2019/2020-ci tədris ilində yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir.

UNEC-dən Youthportal.az-a bildirilib ki, qəbul maliyyə, mühasibat uçotu və audit, menecment, maliyyə işi (orta ixtisas təhsili bazasında), mühasibat uçotu (orta ixtisas təhsili bazasında) ixtisasları üzrə aparılır.

2019/2020-ci tədris ilindən UNEC-də yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası” əsasında distant formada həyata keçiriləcək.

Sənəd qəbulu ancaq elektron qaydada həyata keçirilir. Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda yenidənhazırlanma təhsili almaq hüququnu qazanırlar.

Yenidənhazırlanma təhsilinə müraciət üçün kabinet.unec.edu.az linkinə daxil olmaq lazımdır.

Sənəd qəbulu oktyabrın 15-dək aparılacaq.

Təhsil Azərbaycan dilindədir. Tədris müddəti 1 ildir.

Xatırladaq ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə yenidənhazırlanma təhsili ala bilərlər.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi