Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb (FOTO)

news photo

12.12.2019 11:11 // Təhsil

Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə UNEC tələbələrinin ifasında Türkiyənin paytaxtı Ankarada “Nəsimi” tamaşası nümayiş etdirilib.

UNEC-dən Youthportal.az-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə UNEC-in Tədbirlər Planına əsasən təşkil olunub.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin dəstəyi və UNEC-in təşəbbüsü ilə təşkil olunan tamaşada ölkəmizin Türkiyədəki səfiri, rəsmi şəxslər, qardaş ölkənin paytaxtında yaşayan və fəaliyyət göstərən soydaşlarımız, eləcə də nəsimisevərlər iştirak ediblər. Tamaşa Ankaranın Keçiörən rayon bələdiyyəsinin Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində nümayiş etdirilib.

UNEC Yaradıcılıq Mərkəzinin “UNEC Tələbə Teatrı” tərəfindən təqdim olunan tamaşada Şərqin böyük ədibi və filosofunun həyat və yaradıcılığı tələbələrin ifasında canlandırılıb. Tələbələrin yüksək peşəkarlıqla ifa etdikləri tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altunok UNEC-in nümayəndə heyəti ilə görüşüb. Görüşdə tələbələrin aktyorluq bacarıqlarını yüksək qiymətləndirən bələdiyyə sədri onlara öz təşəkkürünü bildirib. UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova tamaşanın nümayiş olunması üçün yaradılan şəraitə görə Turqut Altunoka minnətdarlğını bildirərək, universitet adından ona xatirə hədiyyəsi təqdim edib.

Sonda tələbələrə sertifikatlar təqdim olunub.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi