Ru
Bakı
USD
EUR
GBP
RUB

“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq

news photo

05.12.2019 10:32 // Təhsil

“Nəsimi ili”nə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) maraqlı töhfə var.

Universitetdən Youthportal.az-a bildirilib ki, Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə UNEC Yaradıcılıq Mərkəzi “Nəsimi” tamaşasını hazırlayıb. “UNEC Tələbə Teatrı”nın səhnələşdirdiyi tamaşa dahi şair-filosofun həyat və yaradıcılığını müxtəlif baxışlardan əks etdirir. UNEC-in və Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Nəsimi” tamaşası bu ölkədə nümayiş etdiriləcək. Tamaşa dekabrın 10-da Ankara şəhərində, Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində təqdim olunacaq.

Qeyd edək ki, hazırda tamaşanın son məşqləri gedir. Tamaşada 13 tələbə-aktyor rol alıb. Ümumilikdə UNEC-in 18 nəfərdən ibarət heyəti dekabrın 9-da Türkiyəyə yola düşəcək.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi