Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC rektoru yeni Tələbə-rektorla görüşüb (FOTO)

news photo

19.11.2019 10:30 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetin yeni Tələbə-rektoru Cavidan Adilzadə ilə  görüşüb.

Professor Ədalət Muradov yeni Tələbə-rektoru təbrik edərək, ona tövsiyələrini verib. C.Adilzadəyə UNEC-də fəaliyyət göstərən tələbə təşkilatları ilə daha sıx şəkildə fəaliyyət göstərməyin, birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd edib, tələbə-rektoru tələbələrlə bağlı bütün məsələlərdə fəal olmağa, onların problemləri ilə yaxından maraqlanmağa çağırıb. Görüşdə “Tələbə senatı” və “Tələbə auditi”nın yaradılmasının vacibliyi vurğulanaq, həmin təşkilatların tələbə özünüidarəetməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.

Rektor görüşdə iştirak edən, fəaliyyət müddəti bitmiş tələbə rektor Elmir Sadıqovun fəaliyyətini yüksək qiymətləndirərək, onunla çalışmaqdan məmnunluğunu ifadə edib.

Sonda rektor Ədalət Muradov yeni Tələbə-rektora fəaliyyətində uğurlar arzulayıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi