Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC rektoru canlı yayımda abituriyent və valideynlərin suallarını cavablandıracaq

news photo

04.06.2019 15:23 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Facebook sosial şəbəkəsində canlı yayımla qoşulacaq.

Universitetdən Youthportal.az-a verilən məlumata görə, Fed.az saytının dəstəyi ilə təşkil olunan canlı yayımda rektor Ədalət Muradov abituriyentlərin, magistraturaya qəbul olmaq istəyənlərin, eləcə də onların valideynlərinin UNEC-dəki təhsil imkanları, ixtisaslar, beynəlxalq və ikili diplom proqramları, xüsusi təqaüdlər, təhsil haqları və digər mövzularda suallarını cavablandıracaq.

Canlı yayım iyunun 11-də saat 11:00-da Fed.az (https://www.facebook.com/fedaznews/) sosial şəbəkəsi üzərindən təşkil olunacaq.

UNEC barədə sualları unec.edu.az@yahoo.com elektron ünvanına göndərə bilərsiniz.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi