Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi ilə birgə müsabiqə elan edib

news photo

29.01.2020 16:59 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi fransız dilli UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edib.

UNEC-dən Youthportal.az-a bildirilib ki, payız semestri üçün nəzərdə tutulan mübadilə proqramı sentyabrın 14-də başlayacaq. Müsabiqə iqtisadiyyat, menecment, biznesin idarə edilməsi ixtisasları üzrə aparılacaq.

Qeyd edək ki, Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi 1982-ci ildə təsis edilib. Tədris əsasən bakalavr və magistr dərəcələrində fransız dilində aparılır. Burada iqtisadiyyat hüququ, informasiya texnologiyaları, marketinq, maliyyə, logistika, insan resursları, iqtisadi cinayətlərin istintaqı, biznesin idarə edilməsi və s. proqramlar mövcuddur. Hazırda 1800 tələbənin təhsil aldığı məktəbdə 100 akademik heyət üzvü və 400 qonaq mühazirəçi vardır.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi