Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC müəllimləri Türkiyə universitetlərində təcrübələrini artıracaqlar

news photo

05.02.2017 11:00 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimlərindən ibarət yeni nümayəndə heyəti fevralın 6-dan 10-dək Türkiyənin nüfuzlu Uludağ, Sakarya və Süleyman Dəmirəl universitetlərinə ezam olunacaqlar.

UNEC-dən bildirilib ki, layihənin əsas məqsədi müəllimlərin elmi potensialının artırılması, xarici universitetlərin təcrübəsinin öyrənilməsidir.

Səfər zamanı həmin universitetlərin ali təhsil sistemi, tədris edilən ixtisas fənləri, sillabuslar, dərslik, imtahan, laboratoriya və kitabxana sistemi ilə tanışlıq nəzərdə tutulub. UNEC müəllimləri türkiyəli həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsinin, xüsusən də elmi tədqiqatların həyata keçirilməsi, birgə elmi məqalələrin yazılması, müvafiq dərsliklərin hazırlanması ilə bağlı müzakirələr aparacaqlar.

Nümayəndə heyəti ilə görüşən rektor, professor Ədalət Muradov UNEC-in xarici universitetlərlə əməkdaşlığının daha da genişləndirilməsində belə səfərlərin vacib rol oynadığını bildirib. Ötən tədris ilində universitetin 15 professorunun qardaş ölkənin tanınmış ali məktəblərinə ezam olunduğunu diqqətə çatdıran rektor, gələcəkdə belə səfərlərin dünyanın nüfuzlu universitetlərində təşkil ediləcəyini xüsusi vurğulayıb.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi