Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlıq genişləndirilir

news photo

24.04.2019 12:40 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov İstanbul Texniki Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

UNEC-dən Youthportal.az-a bildirilib ki, görüşdə rektor qonaqlara rəhbərlik etdiyi universitet barədə məlumat verib. Bildirib ki, UNEC regionun 4 dildə, o cümlədən Türkiyə türkcəsində təhsil verən yeganə ali təhsil müəssisəsidir. Universitetin ABŞ, İngiltərə, Fransa, İsveçrə və Litvanın aparıcı ali məktəbləri ilə bakalavr, magistr səviyyələri və Biznesin İdarə Edilməsi (MBA) təhsili üzrə ikili diplom proqramları var. UNEC Türkiyə universitetləri ilə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıdır. Burada iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisaslar da tədris olunur.

UNEC Ekstern Mərkəzinin fəaliyyətindən bəhs edən rektor, burada gün ərzində 20 min tələbəyə distant təhsil vermək imkanının olduğunu bildirib.

M.Karaca İstanbul Texniki Universitetinin bakalavr, magistratura və doktorantura pilləsi üzrə təhsil imkanlarından danışıb.

Görüşdə UNEC ilə İTU arasında əməkdaşlıq imkanları müzakirə olunub. Hər iki universitet arasında magistratura təhsili üzrə ikili diplom proqramının reallaşdırılması və UNEC-in gənc müəllimlərinin İTU-da doktorantura təhsili alması istiqamətində razılıq əldə olunub. Eyni zamanda, UNEC Ekstern Mərkəzində İstanbul Texniki Universiteti ilə birgə sertifikat proqramının reallaşdırılması, müəllim-tələbə mübadiləsi, birgə elmi konfransların keçirilməsi, dərsliklərin çap olunması barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi