Ru
Bakı
USD
EUR
GBP
RUB

“UNEC Ekspert”: Rezerv valyuta, beynəlxalq ticarətdə milli valyuta (FOTO)

news photo

08.01.2019 10:19 // Təhsil

"UNEC Ekspert" jurnalının 6-cı sayı işıq üzü görüb.

UNEC-dən Youthportal.az-a bidirilib ki, ildə iki dəfə nəşr olunan jurnal iqtisadiyyatın ən aktual mövzularına toxunaraq, geniş oxucu auditoriyası qazanıb.

Jurnalın yeni sayında rezerv valyutalar, pul köçürmələri, beynəlxalq ticarətdə milli valyuta mövzularına həsr olunan məqalələr yer alıb. Oxucular rezerv valyutalarla bağlı “dünya rezerv valyutalarının sayı artırılmalıdırmı?”, FES-in çap maşını və yaxud qızıl standartlar, “dollar rezerv valyuta statusunu itirirmi?” və bu istiqamətdə digər suallara cavab tapa biləcəklər. Pul köçürmələri ilə maraqlananlar isə müasir dövrdə internet bank sistemi xidmətləri, ölkədə elektron pulların istifadəsi və tənzimlənməsi problemləri, eyni zamanda Azərbaycanda beynəlxalq pul köçürmələri bazarının mövcud vəziyyəti və pespektivləri ilə tanış olacaqlar. Jurnalda beynəlxalq ticarətdə milli valyuta ilə bağlı UNEC-in ekspertlərinin dollarlaşma, avrolaşma və kiçik ölkələrin riskləri, neft ixrac edən ölkələrin dollardan asılılıq problemi, neftin milli valyuta ilə satılması perspektivləri, eləcə də digər aktual məsələlərlə bağlı araşdırmaları dərc olunub.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi