Ru
Bakı
USD
EUR
GBP
RUB

UNEC alimlərinin dünya elminə töhfəsi

news photo

19.04.2019 13:44 // Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitunun direktoru, professor Yadulla Həsənli və UNEC Biznes Məktəbinin direktoru, Harvard UniversitetininDavis Rusiya və Avroasiya Araşdırmalar Mərkəzində (Beyin Mərkəzində) oktyabr, 2017- sentyabr, 2018-ci il tarixində dəvətli tədqiqatçı, dosent Nazim Hacıyevin “Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma (“World Market Price of Oil: Impactıng Factors and Forecastıng (SpringerBriefs in Economics))” kitabı dünyanın tanınmış nəşriyyat evi və Elmi nəşrlərin Sosial-iqtisad və Təbiət Elmləri (SENSE) sahəsində resenziyalı yüksək kateqoriyalı Springer nəşriyyatı tərəfindən çap edilib.

Kitabın elmi redaktoru Harvard Biznes Məktəbinin professoru və Davis Rusiya və Avroasiya Araşdırmalar Mərkəzinin (Beyin Mərkəzi) direktoru, professor Ravi Abdelal və  Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri,akademik Ziyad Səmədzadə, elmi rəyçiləri isə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və AMEA-nin İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, AMEA-nin müxbir üzvü, İspaniya Kral Akademiyasının akademiki Qorxmaz İmanovdur.

Kitabda qlobal iqtisadiyyatda baş verən yeni tendensiyalar və çağı­rışlar fonun­da mühüm stra­­­teji əhəmiyyət daşıyan xam neftin dünya bazarlarında qiymətinə təsir edən amil­lə­r, 2020-ilə qədər neftin dünya bazar qiyməti və ilk dəfə olaraq Azərbaycan neftinin (AzərLayt) dünya bazar qiymətinin orta və uzunmüddətli dövr üçün elmi və praktik ba­xım­dan əsaslan­dırılmışproqnozlaşdırmağa imkan verən ekonometrik (ARIMA, Trend və Hibrit) model­lə­ri qurulub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi