Ru
Bakı
USD
EUR
GBP
RUB

“Underground”un nümayiş ediləcəyi tarix dəyişdirilib

news photo

13.09.2019 10:41 // Cəmiyyət

Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan yeni tamaşalardan olan- “Underground” tamaşası sentyabrın 21-də deyil, 28-də saat 18.00-da teatrsevərlərin ixtiyarına veriləcək.

Teatrdan Youthportal.az-a bildirilib ki, tamaşada sənət ocağının bütün yaradıcı kollektivi iştirak edəcək. Belə ki, quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa edəcək.

Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi