Ru
Bakı
USD
EUR
GBP
RUB

Ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti gücləndirilir

news photo

14.02.2019 13:44 // Cəmiyyət

Ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbirlərə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Youthportal.az-a bildirilib ki, bununla bağlı imzalanmış müvafiq əmrə əsasən, paytaxt məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya”lar daxilində görülən işlərə dair təqdimat və müzakirələrin təşkili nəzərdə tutulur. Bundan əlavə, müvafiq ümumtəhsil müəssisələri arasında müsabiqə təşkil olunacaq.

Həmçinin “Kiçik akademiya”ya rəhbərlik edən müəllimlər üçün təlimlər keçiriləcək. Eyni zamanda, “Kiçik akademiya”nın regional bölmələri yaradılacaq. Ümumtəhsil müəssisələrinin rəsmi saytında müvafiq bölmə açılacaq. Şagirdlərin “Kiçik akademiya” daxilində “Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” istiqamətində tədbirlər təşkil olunacaq.

2018-2019-cu tədris ilinin sonunda BŞTİ tərəfindən paytaxt üzrə “Kiçik akademiya”larla bağlı elmi-metodik konfransın keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, tədbirlərin təşkil olunmasında əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara yönəldilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir.

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi