Ru
Bakı
USD
EUR
GBP
RUB

Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib

news photo

15.07.2019 13:19 // Təhsil

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Youthportal.az xəbər verir ki, Təhsil nazirinin əmri ilə ölkəmizdə tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2019-2020-ci dərs ilinə aid tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.

Əmrə əsasən, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi və Maliyyə şöbəsi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etməlidirlər. İnformasiya şöbəsi bu əmri əlavələrlə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc etməli və nazirliyin internet səhifəsində yerləşdirməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Tədris planları və “Tədris planlarına dair qeydlər”lə nazirliyin saytında tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi