Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Xocasən qəsəbəsi Bakı-Şamaxı yolunun kənarında növbəti ağacəkmə aksi

news photo

27.11.2017 17:55 // Cəmiyyət

Aksiya Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Xocasən Bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Aksiyada eləcə də “Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsi çərçivəsində ölkəmizdə olan Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin nümayəndələri də iştirak etmişdirlər. Aksiya iştirakçılarına və qonaqlara “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirildi. Aksiya zamanı ümumilikdə 500-dən çox eldar şamı əkildi.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi