Ru
Bakı
USD
EUR
GBP
RUB

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün çox böyük örnəkdir

news photo

12.12.2019 18:09 // Təhsil

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Universitetdən Youthportal.az-a bildirilib ki, tədbirdən əvvəl ali məktəbin kollektivi Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyub. Akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri düzülüb.

Anım tədbirində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın ən yeni tarixinə imzasını atan böyük tarixi şəxsiyyət və qüdrətli dövlət xadimidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider dünyanın böyük güclərinin maraqlarının toqquşduğu bir şəraitdə fövqəladə missiyanı öz üzərinə götürərək Azərbaycanın müstəqilliyinə yönələn təhlükələri aradan qaldırıb, uzaqgörənliyi, müdrikliyi və zəkası ilə vətəndaş müharibəsinin qarşısını alıb, dövrün sərt sınaqlarına qalib gələrək müasir dövlətçilik sisteminin əsaslarını yaradıb, Azərbaycanın müstəqilliyini dönməz və əbədi edib. Azərbaycanın iqtisadi inkişaf modelini müəyyənləşdirən dahi liderin rəhbərliyi dövründə siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində böyük dönüşlərə və irəliləyişlərə nail olunub, ölkənin beynəlxalq aləmdə tanınması və nüfuzunun artması istiqamətində nəhəng işlər görülüb.

Anım tədbirində bildirilib ki, dahi şəxsiyyət şah əsəri olan müstəqil Azərbaycan dövlətini özünün layiqli davamçısı Prezident İlham Əliyevə əmanət edib. Prezident İlham Əliyevin Ümummilli Lider tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu uğurla davam etdirməsi Azərbaycanın gələcəyinə inamın təsdiqidir.

Tədbirdə vurğulanıb ki, Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünəcək. Onun həyat yolu və ictimai-siyasi fəaliyyəti gənclər üçün çox zəngin xəzinə və böyük örnəkdir. Bu səbəbdən Ulu Öndərin irsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bu yolda gənclərin üzərinə böyük vəzifələr düşür.

Anım tədbirinin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi