Ru
Bakı
USD
EUR
GBP
RUB

Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib (FOTO)

news photo

06.12.2019 16:33 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları və gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün üçgünlük seminar-treninq keçirilib.

Seminarda Təhsil Nazirliyinin Audit şöbəsinin müdiri Vaqif Məmmədov, həmin şöbənin əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi İdris İsmayılov iştirak ediblər.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, Təhsil Nazirliyi və ANAMA tərəfindən keçirilən seminar-treninqin əsas məqsədi gənclərin çağırışaqədərki hazırlığı fənninə aid kabinetdə təlim silahları və sursatlarının, elektron silahların saxlanma qaydaları barədə geniş məlumat vermək, təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini çatdırmaq, GÇH rəhbərlərinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirməkdən ibarətdir.

Seminarda çıxış edənlər gənclərin çağırışaqədərki hazırlığı fənninin şagirdlərin hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olması, vətənpərvər ruhlu vətəndaş kimi formalaşması baxımından mühüm rol oynadığını bildiriblər. Müvafiq dövlət standartları əsasında hazırlanmış proqramlara və dərsliklərə uyğun tədris edilən bu fənnin məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət etdiyi diqqətə çatdırılıb.

Təlim zamanı şagirdlərin silahları söküb-yığması, minaların zərərsizləşdirməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursatlar və təqlid vasitələri ilə davranış qaydaları, müvafiq hallarda dərhal Daxili İşlər Nazirliyinin 102 və ya Fövqəladə Hallar Nazirliyinin 112 “Qaynar xətt”inə məlumat verilməsinin önəmi vurğulanıb.

Sonda təlim silahlarına, sursatlarına baxış və onların yoxlanması qaydaları ilə əlaqədar müvafiq tövsiyələr verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi