Ru
Bakı
USD
EUR
GBP
RUB

Ümumdünya Təmizlik günü münasibətilə könüllülərin iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcək

news photo

10.08.2019 13:19 // Gənclər üçün

“Azərbaycan Könüllülər” İctimai Birliyi Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə icra etdiyi “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində sentyabrın 21-də paytaxtda Ümumdünya Təmizlik Günündə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik kampaniyası keçirəcək.

Təşkilatdan Youthportal.az-a bildiriblər ki, 250-dən çox könüllünün iştirak edəcəyi kampaniyanın məqsədi ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-in Ətraf Mühit proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığını artırmaqdır.

Qeyd edək ki, “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər və gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim) seminarlar təşkil olunub.

Görüşlər zamanı iştirakçılarla plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaq kimi məsələlər müzakirə olunub, eyni zamanda, onların Ümumdünya Təmizlik Günü münasibətilə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq edilib.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi