Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” kitabı nəşr olunub

news photo

11.07.2019 15:07 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Şahbaz Muradovun “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” kitabı çap olunub.

İqtisadiyyat İnstitutundan Youthportal.az-a bildiriblər ki, kitab ümummilli lider Heydər Əlirza oğlu Əliyevin birinci dəfə Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyinə həsr edilib. Əsərdə Azərbaycanda tənəzzüldən tərəqqiyə yüksələn 50 çətin yolun sosial-iqtisadi nəticələri təhlil olunub.

Müəllif “Ön söz”də qeyd edir ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr ölkənin ən ağır və böhranlı illərinə təsadüf edib. Onun Azərbaycana rəhbərliyə gəldiyi birinci dövr respublika iqtisadiyyatının dərin böhran içərisində olması, ikinci dövr isə Azərbaycanın ən ağır, fəlakətli illəri ilə səciyyələnirdi. Ulu öndər Heydər Əliyev hər iki dövrdə düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə Azərbaycan xalqını və dövlətini düşdüyü ağır vəziyyətdən çıxara bilib.

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi