Ru
Bakı
USD
EUR
GBP
RUB

Ulu öndər Heydər Əliyev hər zaman elmə və biliyə həssaslıqla yanaşıb (FOTO)

news photo

12.12.2019 15:17 // Təhsil

Dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirin açılışında böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zoologiya İnstitutundan Youthportal.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru Elman Yusifov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən bəhs edib.

Tədbirdə böyük laborant Gülşən Elşən qızı “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edərək, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin xüsusi yer tutduğunu deyib.

Biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov “Heydər Əliyev və elm” mövzusunda məruzəsində ulu öndər Heydər Əliyevin elmə, savada, biliyə böyük həssaslıqla yanaşdığını vurğulayıb. Biologiya üzrə fəlsəfə doktoru Yeganə Mahmudovanın “Ümummilli lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda məruzəsi dinlənilib.

Dahi, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə problemlərinə kompleks şəkildə yanaşmasının bu gün əldə edilən uğurlara təkan verdiyini deyən biologiya üzrə fəlsəfə doktoru Adil Əliyev onun xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi