Ru
Bakı
USD
EUR
GBP
RUB

Ukraynanın "Rada" telekanalı "Heydər Əliyev: Liderlik dərsi" sənədli filmini yayımlayıb

news photo

21.06.2018 15:55 // Siyasət

Ukraynanın "Rada" televiziya kanalı Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə Ukrayna Milli Televiziyası tərəfindən çəkilmiş “Heydər Əliyev: Liderlik dərsi” sənədli filmini yayımlayıb.

Youthportal.az xəbər verir ki, film efirə getməmişdən öncə televiziya kanalının qonağı olan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 25 il bundan öncə ölkəmizdə baş verən mürəkkəb ictimai, siyasi proseslərdən bəhs edib. Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və dəmir iradəsi nəticəsində respublikamızın düçar olduğu bəlalardan xilas olunduğunu diqqətə çatdırıb.

Ulu Öndərin 10 illik hakimiyyəti illərində Azərbaycanın inkişaf edərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutduğunu bildirən diplomat 2-ci dəfə hakimiyyətə gəlişi ilə xalqımızın milli xilaskarına çevrilmiş dahi Heydər Əliyevin ideologiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıb.

Sonra nüfuzlu televiziya kanalı “Heydər Əliyev: Liderlik dərsi” sənədli filmini Ukrayna ictimaiyyətinə təqdim edib.

Ukraynanın əməkdar jurnalisti Sergey Sivolap və yazıçı-publisist, professor Əlibala Məhərrəmzadənin ssenarisi əsasında çəkilmiş sənədli filmdə Heydər Əliyevin zəngin həyat yolu, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində Ulu Öndərin misilsiz xidmətləri tarixi faktlarla geniş tamaşaçı auditoriyasına təqdim olunub. Filimdə Ukraynanın 1-ci prezidenti Leonid Kravçuk, 2-ci prezidenti Leonid Kuçma və dost ölkənin tanınmış ictimai-siyasi xadimləri, zəngin həyat fəlsəfəsi ilə bəşər tarixinin müdriklik salnaməsinə əbədi imza atmış Ulu Öndər Heydər Əliyevi XX və XI əsrin siyasi liderlik dərsinin kamil müəllimi kimi xarakterizə ediblər. Onun siyasi ideologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini müdrik və uzaqgörən siyasətin məntiqi nəticəsi kimi dəyərləndiriblər.

Filmdə Heydər Əliyevin Çernobıl faciəsi zamanı keçmiş SSRİ rəhbərliyinin siyasi iradəsinə qarşı çıxaraq Ukrayna xalqına göstərdiyi köməkliyi fəxarət hissi ilə xatırlayan Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik o zaman faciə bölgəsindən 8 yüz min qadının və uşağın təhlükəsiz bölgələrə köcürülməsini təmin etmiş Heydər Əliyevi Ukrayna xalqının gələcək genefondunun xilaskarlarından biri adlandırıb.

Filmin redaktoru Möhsüm Aslanov, rejissoru Georgi Spasokukotski, prodüsseri isə Anar Tahirovdur.

Digər xəbərlər

Xəbər lenti

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi