Ru
Bakı
USD
EUR
GBP
RUB

Ukraynanın prima-balerinası Bakıya gəlir

news photo

08.02.2019 18:03 // Cəmiyyət

Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, səhnə əsərində baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcək.

Baletdə Qraf Albert partiyası digər ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski tərəfindən canlandırılacaq.

Mirta rolunu isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc solisti, balet artistlərinin Almaniyada keçirilən müsabiqəsinin bürünc mükafatçısı Ayan Eyvazova ifa edəcək.

Balet dirijor Orxan Həşimov tərəfindən idarə olunacaq.

Qeyd edək ki, Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır. Bir çox xarici ölkələrdə - Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Fransa, Hollandiya, İspaniya, ABŞ, Yaponiya, Avstraliya və digər ölkələrin aparıcı sənət ocaqlarında uğurla çıxış edib.

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi