Ru
Bakı
USD
EUR
GBP
RUB

Ukrayna Milli Operasının solisti Bakıda çıxış edəcək

news photo

11.09.2019 10:00 // Cəmiyyət

Sentyabrın 28-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, tamaşada Jizel partiyasını sənət ocağının balet truppasının aparıcı solisti, Əməkdar artist Nigar İbrahimova ifa edəcək. Baleti professional səviyyəsini yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas partiyalardan birini - qraf Albert partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Stanislav Olşanskini dəvət edib.

Səhnə əsərində, həmçinin Əməkdar artist Elmira Süleymanova (Mirta), aparıcı solist Anar Mikayılov (Meşəbəyi Hans) və başqaları da çıxış edəcəklər.

Balet teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatı laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi