Ru
Bakı
USD
EUR
GBP
RUB

“Uğurlu karyera könüllülükdən başlayır !” layihəsinin məlumatlandırma sessiyası baş tutmuşdur

news photo

15.01.2020 15:18 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə 14 Yanvar 2020-ci il tarixdə Lənkəran Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsi çərçivəsində “Uğurlu karyera könüllülükdən başlayır !” layihəsinin məlumatlandırma sessiyası baş tutmuşdur.Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis vəzifəsini icra edən Elbəy Fətəliyev,idarə əməkdaşı Ağakişi Baloğlanlı,Kiçik və Orta Biznesin inkişafına Dəstək Agentliyinin Lənkəran üzrə nümayəndəsi Sabir Zeynallı,Agentliyin əməkdaşı Məlik Nuriyev və müxtəlif təhsil müəssisələrində təhsil alan 42 nəfər ictimai-fəal gənc iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəis vəzifəsini icra edən Elbəy Fətəliyev tədbir iştirakçılarını təmsil etdiyi qrum adından salamlayaraq bildirdi ki, 2020-ci il ölkədə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Könüllülər ili” elan olunub.O, həmçinin vurğuladı ki,bu gün bu mövzuda  layihənin  reallaşması həm “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət Proqramına müvafiq olaraq gənclərin könüllülük fəaliyyətinə təşviq edilməsi, həm də regionda gənclərin könüllülük fəaliyyətinə qoşulması  baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən Layihə rəhbəri Nilufər Mahmudzadə Azərbaycan Respublikasının Gənclər Fondu, rəhbəri olduğu layihə haqqında ətraflı məlumat verməklə layihənin əsas məqsədi və qarşıda duran vəzifələri haqqında iştirakçıları məlumatlandırdı.Daha sonra çıxış edən  Kiçik və Orta Biznesin inkişafına Dəstək Agentliyinin Lənkəran üzrə nümayəndəsi Sabir Zeynallı bildirdi ki, vaxtilə  ölkədə həyata keçirilən irimiqyaslı layihələrdə, eləcə də müxtəlif təşkilatlarda könüllü kimi fəaliyyətə başlayan gənclər könüllülüyün onlara verdiyi bilik və təcrübə sahəsində bu gün müxtəlif qrumlarda məsul vəzifələrdə çalışmaqla vətənə xidmət edir.O, həmçinin özünün də könüllülük fəaliyyəti, eləcə də təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələr haqqında gəncləri ətraflı şəkildə məlumatlandı. Tədbir interraktiv şəkildə iştirakçıları maraqlandıran suallar ətrafında davam etdi.

Layihənin həyata keçiriməsində əsas məqsəd könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək,layihədə iştirak edəcək gənclərin özlərinin vasitəsilə  könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq,gəncləri cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir.

Qeyd edək ki, layihənin növbəti təlim kursları Astara,Lənkəran,Masallı rayonlarında keçiriləcəkdir.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi