Ru
Bakı
USD
EUR
GBP
RUB

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

news photo

25.06.2019 14:07 // Təhsil

Azərbaycan-Fransız Universitetinin (UFAZ) I kurs tələbələri arasında ilk dəfə “Kangourou” beynəlxalq riyaziyyat müsabiqəsi keçirilib.

Təhsil Nazirliyindən Youthportal.az-a bildirilib ki, müsabiqədə iştirak edən 35 tələbəyə 50 dəqiqə ərzində məntiq və riyaziyyat üzrə test tapşırıqları verilib. Reytinq nəticələrinə əsasən, UFAZ-ın 10 tələbəsi Fransa üzrə 500-dən çox iştirakçı arasında ilk 100-lükdə yer alıb. Kimya mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi Ləman Cəlilova 4-cü yeri tutaraq qızlar arasında ən yaxşı nəticəni göstərib. Ləman Cəlilova, həmçinin UFAZ-ın neft-qaz mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi Rövşən Ələsgərov iyulun 11-18-də Fransada təşkil olunacaq “Kangourou” beynəlxalq yay riyaziyyat düşərgəsində iştirak edəcəklər.

“Sərhədsiz Kenquru” (Kangourou Sans Frontières) Assosiasiyası hər il beynəlxalq riyaziyyat müsabiqəsini dünyanın dörd bir tərəfində 6 milyondan çox iştirakçı üçün təşkil edir. Müsabiqə ilk dəfə 1991-ci ildə iki müəllim Andre Deledik və Jan Pyer Boudin tərəfindən Fransada keçirilib. O zaman müsabiqəyə 120 min iştirakçı qatılıb.

Müsabiqə Avropanın 21 ölkəsində “Kangaroo without borders” devizi ilə təşkil edilir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi