Ru
Bakı
USD
EUR
GBP
RUB

UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib (FOTO)

news photo

12.12.2019 16:13 // Təhsil

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdimat mərasimi keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros, Strasburq Universitetinin UFAZ üzrə elmi eksperti Filip Turek, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen, tələbələr və media nümayəndələri iştirak ediblər.

Təqdimatdan əvvəl qonaqlar UFAZ-ın tələbələrinin layihələrindən ibarət stendlərlə tanış olub və tələbələrin innovativ layihələri haqqında məlumat əldə ediblər.

UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və baş katibi Şarlot Payen qonaqları salamlayaraq artıq 4-cü dəfə Strasburq Universitetinin tələbələ biletlərinin təqdimetmə mərasiminin keçirildiyini bildiriblər.

Rektor M.Babanlı birinci kursda təhsil alan tələbələrin artıq rəsmi olaraq Strasburq Universitetinin tələbələri olduğunu deyib və onlara təhsillərində uğurlar arzulayıb.

Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros UFAZ-ın inkişafı və tələbələrin yüksək səviyyəli təhsilə yiyələnmələri üçün hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

UFAZ tələbələrinin bilik və bacarıqlarından razı olduqlarını deyən Strasburq Universitetinin UFAZ üzrə elmi eksperti Filip Turek birinci kurs tələbələrinin daha təcrübəli olduqlarını vurğulayıb. 

Sonra UFAZ-la əməkdaşlıq çərçivəsində mühazirələr aparan bir neçə şirkət rəsmiləri tələbələrə ürək sözlərini bildirib və onları təbrik ediblər. UFAZ-ın 2 nəfər II kurs tələbəsi Toğrul Babayev və Ləman Cəlilova UFAZ-da təhsilin üstünlükləri barədə çıxış ediblər.

Sonda UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib.

Qeyd edək ki, bu il 141 nəfər tələbəyə Strasburq Universitetinin  tələbə biletləri təqdim olunub.

 

 

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi