Ru
Bakı
USD
EUR
GBP
RUB

UEFA Çempionlar Liqasının yeni mövsümündə dörd ölkə iki klubla təmsil olunacaq

news photo

14.06.2019 17:19 // İdman

İyulun 4-də futzal üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılacaq. Komandalar milli assosiasiyaların reytinq cədvəlindəki mövqeyinə əsasən qruplara bölünəcək.

Youthportal.az xəbər verir ki, reytinq cədvəlində ilk 3 pilləni tutan ölkələr yarışda 2 klubla təmsil olunacaqlar. Əgər son qalib ilk 3 pillədəki ölkələrdən birinin təmsilçisi olarsa, o zaman reytinqdə dördüncü olan ölkə yarışa 2 komanda ilə qatılacaq. Turnirin son qalib isə Portuqaliyanın “Sportinq” klubu olub. Buna görə də yeni mövsümdə Rusiya, İspaniya, Portuqaliya və Qazaxıstanın iki klubu qalib adı uğrunda yarışacaq.

Azərbaycan isə reytinq cədvəlində 6-cı pillədə qərarlaşıb. Ölkəmizi turnirdə Azərbaycan çempionu “Araz” təmsil edəcək.

Turnirdə 20 ölkədən 24 komanda birincilik uğrunda mübarizə aparacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi