Ru
Bakı
USD
EUR
GBP
RUB

UEFA Avropa Liqası: “Neftçi” - “Bney Yehuda” oyununa start verilib

news photo

08.08.2019 21:21 // İdman

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”-“Bney Yehuda” komandalarının görüşünə start verilib.

Youthportal.az xəbər verir ki, “Bakcell Arena”da oynanılan görüşdə “Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Platellas, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxıb.

Qonaqların start heyətində isə Zubas, Mori, Koen, Pnişı, Felcer, Rustom, Mazor, Soro, Saqas, Yan və Qadir yer alıblar.

Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Kərim Abeddir. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edirlər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirir.

Oyun CBC sport telekanalı ilə canlı yayımlanır.

Xatırladaq ki, “Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını məğlub edib (3:0, 6:0), ikinci təsnifat mərhələsində isə Rusiyanın “Arsenal” klubuna hər iki görüşdə qalib gəlib (1:0, 3:0).

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi