Ru
Bakı
USD
EUR
GBP
RUB

“UEFA Avropa Liqası 2019”un Bakı Dövlət Universitetində təqdimatı olub (FOTO)

news photo

25.12.2018 09:55 // İdman

UEFA Avropa Liqasının final oyununun paytaxtımızda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun üzvləri tədbirə hazırlıq məqsədi ilə dekabrın 24-də Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb.

Youthportal.az AFFA-ya istinadla xəbər verir ki, 300-dək tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub. Tədbirdə millimizin və “Qarabağ”ın futbolçusu Mahir Mədətov da iştirak edib.

Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərslərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteer  linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevralında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər aprelin 1-dən mayın 18-dək keçiriləcək. Təlimlər əsasən ümumi (oyunlar və müştəri xidmətləri barədə məlumatlar), rol (vəzifə barədə təlim) və məkan (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) istiqamətlərini əhatə edəcək.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi