Ru
Bakı
USD
EUR
GBP
RUB

“UEFA Avropa Liqası 2019”un Azərbaycan Dillər Universitetində təqdimatı olub

news photo

22.12.2018 12:51 // İdman

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun üzvləri tədbirə hazırlıq məqsədi ilə Azərbaycan Dillər Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb.

Youthportal.az  AFFA-ya istinadla xəbər verir ki, 250-dək tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərslərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteer linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevralında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər aprelin 1-dən mayın 18-dək keçiriləcək. Təlimlər əsasən ümumi (oyunlar və müştəri xidmətləri barədə məlumatlar), rol (vəzifə barədə təlim) və məkan (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) istiqamətlərini əhatə edəcək.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi