Ru
Bakı
USD
EUR
GBP
RUB

UEFA Avro-2020 fristaylerlərini azarkeşlər seçirlər

news photo

21.08.2019 09:58 // İdman

İctimaiyyət turnirin 12 ev sahibi şəhərinin hər birini təmsil etmələri üçün sevimli fristaylerlərinə səs verir. Belə ki, azarkeşlər məşqçi olaraq UEFA AVRO 2020-də ölkələrini təmsil edəcək insanları seçmək şansı qazanıb.

Youthportal.az xəbər verir ki, Avropada ən orijinal və yaradıcı, sərbəst, küçə və panna futbolu üzrə peşəkarları axtarıb tapmaq üçün təşkil olunan “Növbə sənindir” istedad yarışması 12 ev sahibi şəhərin hər birindən 2 şanslı qalibə UEFA Avropa Çempionatının 60-cı ildönümündə UEFA AVRO 2020 fristaylerləri kimi iştirak etmək imkanını bəxş edəcək.

UEFA AVRO 2020-nin rəsmi fristaylerləri və çox sayda dünya rekordçuları olan Liv Kuk və Tobias Beks hər bir ölkədə yüzlərlə videoqeydlər arasından qısa siyahı hazırlamış və sevimli bacarıq sahiblərini seçməyi artıq azarkeşlərin öhdəsinə buraxıblar.

Qaliblər Avropa çempionatı çərçivəsində tədbirlərdə, eləcə də fan-zonalarda və kubok turları zamanı matçlarda iştirak etməklə öz ev sahibi şəhərlərini təmsil edəcəklər.Qısa siyahıda göstərilən bacarıqlar, hərəkətlər və fəndlər içərisindən azarkeşlər həyatda cəmi bir dəfə rast gəlinən unikal fürsət üçün seçimdə iştirak edəcəklər. Səs verən hər kəs avtomatik olaraq final oyunu və ya ev sahibi şəhərdə təşkil olunan hər hansı matç üçün biletlər, imzalı futbol forması və ya futbol topu qazanmaq imkanı verən mükafat lotereyasında iştirak imkanı əldə edəcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi